Düzgün.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Xocavənd kəndində fəaliyyət göstərən, Şirinov Zaur Zeynal oğluna məxsus “Xocavənd” kafesində yoxlama keçirib.
Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik norma və qaydalara əməl edilmədiyi aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.



