Düzgün.az xəbər verir ki, 25 iyul tarixində saat 10:00-da Mərkəzi Aran Regional Məşğulluq filalının dəstəyi ilə Göyçay rayonunda əmək yarmarkası keçiriləcək.
Keçiriləcək əmək yarmarkasında 15 müəssisə tərəfindən 100-dək vakansiyanın çıxarılması nəzərdə tutulub.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.Qeyd edək ki, əmək yarmarkası Göyçay şəhəri, H. Əliyev prospekti 237 (Göyçay Gənclər Evi) ünvanında keçiriləcək.

