Şənbə, 24 Oktyabr 2026 05:38:12 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Gündəm

Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad olundu

24.07.2025 11:55 · 328 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib.

Bu barədə tanınmış vəkil Muxtar Mustafayev məlumat yayıb.

O qeyd edib ki, Azərbaycan dövləti milli mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşlarını nəinki Rusiyada, Almaniyada belə müdafiə edir:

“Üç aya yaxındır ki, kolleqam Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usubla ərəb mənşəli Azərbaycan Respublikası vətəndaşı Abu Nahleh Xaled Abdel Hadinin Almaniya Federativ Respublikasında həbs edilərək, Küveyt dövlətinə ekstradisiyasının qarşısının alınması ilə məşğul idik.

Abu Nahleh Xaled Frankfurt hava limanından keçməklə səfər edən zaman Küveyt Dövlətinin elan etdiyi beynəlxalq axtarışa əsasən saxlanılmışdı və onun həmin dövlətə ekstradisiya edilməsi məsələsinə baxılırdı.

Abu Nahleh Xaled Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı həm də İordaniya Krallığının da vətəndaşıdır. Ona qarşı Küveyt dövlətində irəli sürülmüş əsassız ittihamları sübuta yetirilməyən hesab etmiş həmin dövlətin birinci və apellyasiya instansiya məhkəmələri ona bəraət versə də, Küveytin Ali məhkəməsi Abu Nahleh Xaledin məhkum edilməsinə dair qərar qəbul etmişdi. Bu qərarlar Abu Nahleh Xaledin iştirakı təmin edilmədən qəbul edilmişdi.

Eyni zamanda ərazi yurisdiksiyası kobud surətdə pozulmuşdu. Alman qanunvericiliyinə gözəl bələd olan kolleqam Elçin Usub tərəfindən Almaniya Federativ Respublikasının vəkilləri Dr. Yannic Hübner və Manuel Operhalsky müdafiəyə cəlb edildi”.

Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının Xarici İşlər və Ədliyyə nazirlikləri bu işdə ciddi dəstək olublar:

“Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən vətəndaşımızın konsul müdafiəsi təmin edildi, Ədliyyə nazirliyi tərəfindən isə hazırkı işlə bağlı sorğularımıza əsasən bütün zəruri cavablar, sənədlər operativ surətdə təqdim edildi.

Abu Nahleh Xaledin həbs edilməsinin əsassızlığı və Küveyt dövlətinə verilməsinin Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının ratifikasiya etdiyi «Ekstradisiya haqqında» Avropa Konvensiyasının tələblərinə əsasən mümkünsüz olmasına dair tərəfimizdən ətraflı rəy tərtib edilərək, təqdim edildi.

Uzun sürən mübarizəmiz uğurla bitdi, Almaniya Federativ Respublikasının Frankfurkt Mayn əyalətinin Yuxarı prokurorluğu tərəfindən Abu Nahleh Xaledin ekstradisiyası üçün əsasların olmadığı səbəbindən onun dərhal azad edilməsi barədə 22 iyul 2025-ci il tarixdə qərar qəbul edilib”.

↑