Düzgün.az xəbər verir ki, 18 iyul tarixində Kürdəmir rayon Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq aşağı ətrafın varikozu diaqnozu təyin olunan 1979-cu il təvəllüdlü (qadın cinsli) pasiyentdə endovenoz lazer ablasiyası (Evla üsulu ilə) və mini flebektomiya əməliyyatları icra olunub.
Əməliyyat uğurla icra olunub və pasiyent ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, analoji əməliyyat daha 6 pasiyent üzərində uğurla icra olunub.


