Şənbə, 24 Oktyabr 2026 03:55:02 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Gündəm

“Azercell” media nümayəndələrini təbrik etdi – VİDEO

22.07.2025 12:21 · 452 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, bu gün – 22 iyul, Azərbaycan mətbuatının əsasını qoyan “Əkinçi” qəzetinin nəşrindən 150 il ötür. Həsən bəy Zərdabinin təşəbbüsü ilə 1875-ci ildə işıq üzü görən bu nəşr ana dilində informasiya yayımı və milli maarifçilik ənənələrinin formalaşmasına mühüm töhfə verib.

“Azercell Telekom” ənənəsinə sadiq qalaraq, Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Mediacell” tarif paketinin abunəçilərinə və İkinci Qarabağ müharibəsində iştirak etmiş media nümayəndələrinə 5GB həcmində internet paketi hədiyyə edir. Təqdim olunan mobil internet 30 gün müddətində aktiv olacaq. Daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

Eyni zamanda, şirkətin sosial media kanallarında media və jurnalistika mövzusuna həsr olunmuş maarifləndirici və əyləncəli interaktiv müsabiqələr keçirilib. Aktiv iştirakçılar arasından seçilən qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.

Media nümayəndələrinin fəaliyyətini hər zaman diqqət mərkəzində saxlayan “Azercell”, 2011-ci ildən etibarən “Mediacell” tarif paketi vasitəsilə ölkədə rəsmi qeydiyyatdan keçmiş media orqanlarında çalışan KİV nümayəndələri üçün fərdi şərtlərlə xidmət göstərən ilk mobil operatordur. Şirkət media nümayəndələrinin peşəkar inkişafına dəstək məqsədilə ingilis dili kursları, ixtisaslaşmış seminarlar və təlim proqramları da daxil olmaqla, müxtəlif istiqamətli təşəbbüslər həyata keçirməklə bu sahəyə töhfəsini davam etdirir.

Azercell, həmçinin Vətən müharibəsi zamanı cəbhə xəttindən yerli və beynəlxalq ictimaiyyətə doğru və operativ məlumat çatdıran jurnalistlərin etibarlı və fasiləsiz rabitə ilə təmin olunmasına xüsusi diqqət yetirib. Şirkət, işğaldan azad edilmiş ərazilərdə peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini hər zaman dərin hörmətlə anır.

“Azercell” media sahəsində çalışan bütün əməkdaşları təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar arzulayır!

↑