Məlum olduğu kimi, yay mövsümü ilə əlaqədar olaraq müəyyən olunmuş qrafikə uyğun olaraq, Göyçay rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma sahəsi tərəfindən rayonun müxtəlif yerlərində salınmış yaşıllıqlar, əkilmiş gül-çiçək kolları gündəlik olaraq suvarılır.
Düzgün.az xəbər verir ki, 19 iyul tarixində növbəti suvarılma işi M.Ə.Rəsulzadə və Nərimanov küçələrinin kəsişməsində yerləşən Sabir bağında aparılıb. Sözügedən ərazidən keçən arxdan pompa ilə su götürülərək əkilən müxtəlif növ ağaclar və dekorativ güllər suvarılıb.
Ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın itməməsi məqsədi ilə Şəhər Təsərrüfatı Birliyi tərəfindən rayonda yaşıllıqlar qorunub, diqqətdə saxlanılır.
Səbuhi Eltonlu
Düzgün.az Şəhər Təsərrüfatı Birliyi








