Düzgün.az xəbər verir ki, “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının həbs müddəti uzadılıb.
Bu barədə qərar Binəqədi Rayon Məhkəməsində verilib.
Qərara əsasən, onun həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Bəşir Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilir./Report
