Cümə, 23 Oktyabr 2026 22:06:16 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Gündəm

DYP-dən motosiklet və skuter sürücülərinə çağırış

08.07.2025 13:33 · 538 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, son illərdə ölkəmizdə çatdırılma xidmətlərinə tələbatın artması ilə əlaqədar olaraq, küçə və prospektlərdə moped, motosiklet, velosiped, eləcə də, skuter və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edən sürücülərin sayı da əhəmiyyətli dərəcədə artıb. Lakin təəssüf ki, həmin nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşanlar da az deyil. Nəticədə isə həm sürücülərin özləri, həm də digər yol hərəkət iştirakçıları ciddi təhlükə ilə üzləşir.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu cür növ nəqliyyat vasitələrinin sürücülərinə vacib məsələləri bir daha xatırladıb:

– Moped, motosiklet, velosiped, eləcə də, skuter və digər kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti iştirakçısı olduqlarını yaddan çıxarmamalı, digər avtonəqliyyat vasitələrinin sürücüləri kimi bütün qaydalara qeyd-şərtsiz əməl etməlidirlər. Svetoforun qadağanedici işığında hərəkət etmək, yolun əks istiqamətinə çıxmaq, piyadalara təhlükə yaratmaq yolverilməzdir.

– Motoşlem, dizlik, dirsəklik kimi qoruyucu vasitələrdən istifadə olunmalıdır. Gecə saatlarında və məhdudiyyətli görünmə şəraitində üzərində işiqqaytarıcı elementlər olan geyimlərdən istifadə edilməsi tövsiyə olunur.

– Sürət həddinə əməl edilməli və manevr qaydalarına riayət olunmalıdır. Unutmayın ki, hər hansı sifarişi tez çatdırmaq üçün riskli manevrlər etmək, sürət həddini aşmaq sizin və digərlərinin həyatı üçün ciddi təhlükədir.

– Mobil telefon və ya digər bu tipli vasitələrdən istifadə hərəkət zamanı diqqəti yayındıran əsas səbəblərindəndir. Sürücü nəqliyyat vasitəsini idarə edərkən yalnız yola diqqət yetirilməlidir.

– Kuryer xidmətləri təşkil edən bütün hüquqi və fiziki şəxslər əməkdaşlığa cəlb etdikləri sürücüləri yol hərəkəti qaydaları ilə bağlı mütəmadi maarifləndirilməli, onların yalnız etibarlı və texniki cəhətdən saz nəqliyyat vasitələri ilə fəaliyyət göstərmələrini təmin etməlidirlər.

– Təhlükəsizlik standartlarına cavab verən qoruyucu vasitələrlə təminat vacib şərtlərdən biri olmalı və kuryerlərə münasibətdə sürətli çatdırılma deyil, təhlükəsiz hərəkət prinsipi əsas tutulmalıdır.

Unutmayaq: Bir anlıq ehtiyatsızlıq, ömürlük peşmançılığa səbəb ola bilər!

↑