Cümə, 23 Oktyabr 2026 19:06:05 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Gündəm

Səfərlərinizi yeni onlayn xidmətlə daha rahat planlaşdırın! – AZAL-dan yenilik

07.07.2025 14:36 · 431 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər verir ki,  Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə səyahətlərini daha rahat və planlı şəkildə təşkil etməyə və qiymət dəyişikliklərindən qorunmağa imkan verən yeni onlayn funksiyanı təqdim edir. “Qiymətin sabitlənməsi” adlanan bu xidmət sərnişinlərə bileti dərhal almadan 24 və ya 72 saat ərzində mövcud qiymətlə saxlamaq imkanı qazandıracaq.

Bu barədə Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb. 

Yenilik xüsusilə reys seçimində qərar vermək üçün əlavə vaxta ehtiyacı olan sərnişinlər nəzərə alınaraq tətbiq olunub. Yeni funksiya biletin mövcud qiymətinin qaldığına əmin olaraq planları dəqiqləşdirməyə və alış prosesini sərnişinin seçiminə uyğun müddətə kimi təxirə salmağa şərait yaradır.

Xidmətdən istifadə prosesi olduqca sadə və əlçatandır. Belə ki, sərnişin www.azal.az rəsmi saytında və ya AZAL mobil tətbiqində reysi seçdikdən sonra “Qiymətin sabitlənməsi” funksiyasını aktivləşdirə bilər. Sistem bu zaman seçilmiş biletin hazırkı qiymətini avtomatik olaraq 24 və ya 72 saat müddətində olduğu kimi saxlayır.

Xidmətdən istifadə edərkən:

– uçuşa 7 və daha çox gün qaldıqda 72 saatlıq sabitləmə üçün 10 avro,

– uçuşa 7-4 gün qaldıqda 24 saatlıq sabitləmə üçün isə 20 avro məbləğində ödəniş edilir.

Ödəniş yalnız onlayn şəkildə, bank kartı vasitəsilə həyata keçirilir. Bu ödəniş biletin əsas qiymətinin tərkibinə daxil deyil və geri qaytarılmır.

Təyin olunmuş müddət ərzində sərnişin “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq  biletini rəsmiləşdirə bilər. Bu müddət ərzində alış yekunlaşdırılmazsa, rezervasiya avtomatik olaraq ləğv olunur və ödənilmiş məbləğ geri qaytarılmır.

Bileti sabit saxladıqdan sonra sərnişinlər, həmçinin həmin bölmə üzərindən əlavə xidmətlərdən – oturacaq seçimi, əlavə baqaj və digər funksiyalardan da yararlanmaq imkanı əldə edirlər.

Ətraflı məlumat üçün: https://www.azal.az/az/information/hold-the-price/

 

 

↑