Düzgün.az xəbər verir ki, “Sputnik Azərbaycan”ın Azərbaycan vətəndaşı olan 5 əməkdaşı zaminə buraxılıb.
Bu barədə “Sputnik Near Abroad” məlumat yayıb.
Bununla belə, Rusiya vətəndaşlığı olan iki əməkdaş – “Sputnik Azərbaycan” bölməsinin icraçı direktoru İqor Kartavıx və baş redaktor Yevgeni Belousov həbsdə qalıblar. Onlar iyulun 1-də həbs ediliblər. Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən jurnalistlərə qarşı dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə cinayət işi açılıb.
