Şənbə, 24 Oktyabr 2026 14:30:35 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Siyasət

Azərbaycan – Özbəkistan münasibətlərində yeni səhifə

03.07.2025 22:47 · 265 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Azərbaycan Özbəkistan əlaqələri dərin köklərə əsaslanan əlaqələr müstəvisində uğurla inkişaf edir. İki ölkəni qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Ən önəmli məqamlardan biri isə əlbəttəki xalqlarımızın tarixi bağlılığı, dərin köklərə söykənən ənənələrlə yanaşı, Azərbaycan və Özbəkistanın türk dünyasının bir parçası kimi daha da yaxınlaşması,qarşılıqlı əlaqələrin daha da sıx olması üçün atılan addımlardır. Bu münasibətlərin möhkəmlənməsi isə təbii ki, türk dünyasına verilən böyük töhfələrdən biridir.

Qeyd edək ki hər iki ölkə 1991-ci ildə müstəqillik qazandıqdan sonra öz dövlətçilik ənənələrini qurarkən bir-biri ilə dostluq münasibətlərini inkişaf etdirməyə başlamışdır. 2024-cü ildə isə  Daşkənddə imzalanan qarşılıqlı müttəfiklik fəaliyyəti haqqqında Müqavilə münasibətlərdə dönüş nöqtəsi olub.

Fəxrlə qeyd etmək olar ki, möhkəm dostluq və qardaşlıq üzərində qurulmuş bu əlaqələr hər keçən gün daha da inkişaf edir və yeni məzmunla zənginləşir. Sözsüz ki, bu münasibətlərin təməlində Ümummilli Lider Heydər Əliyevin danılmaz xidmətləri böyük olmuşdur. Bu gün xalqlarımız arasında yenilməz dostluq və qardaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişafı məhz bu varislik prinsipləri əsasında həyata keçirilən uğurlu siyasətin davamıdır.

İyulun 2-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasında bağların daha da gücləndiyini bir daha təsdiq edir. Prezidentlərin təkbətək görüşü, həmçinin Prezident İlham Əliyevin Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, bir çox sənədlərin mübadiləsi münasibətləri daha da möhkəmləndirir.

Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu gün  Özbəkistan və Azərbaycan münasibətlərinin  tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektirini müzakirə etdik, münasibətlərimizin strateji müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Münasibətlər qarşılıqlı hörmət və strateji baxış üzərində qurulub. Keçən il Daşkənddə imzalanmış müttəfiqlik münasibətləri əsasında müqavilə artıq real nəticələr verməyə başlayıb.

Prezidentlərin mətbuata verdiyi mesajlar bir daha gösdərir ki, iki ölkə yalnız bu gün üçün deyil, gələcək on illiklər üçün də ortaq hədəflər, böyük planlar qurur. Azərbaycan Özbəkistan münasibətlərini dərinliyini göstərən mühüm detallardan biri  də ondan ibarətdir ki, iki ölkə liderlərinin  görüşləri yalnız rəsmi hissə ilə kifayətlənmir, həm də şəxsi münasibətləri ilə əmakdaşlığı gücləndirirlər. “Biz hökumət üzvlərinə tapşırıq verdik ki, öz işlərini ləyaqətlə yerinə yetirsinlər. Bilsinlər ki biz mütəmadi olaraq monitorinq aparıb yoxlayacağıq, bunu da edirik”. Sözsüz ki, bu cür davamlı nəzarət və şəxsi məsuliyyət hissi ikitərəfli əməkdaşlığın inkişafının  əhəmiyyətini bir daha səciyyələndirir.

Azərbaycan və Özbəkistan arasında  iqtisadi əlaqələr xüsusilə enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı və sənaye sahalərində dinamik inkişaf edir. Zəngəzur Dəhlizi layihəsi və Özbəkistanın Orta Dəhlizə marağı ölkələrimiz arasında geo-iqtisadi enerji yaradır. Prezident İlham Əliyev bildirdi ki,  iki ölkə nəqliyyat və logistika sahəsində koordinasiyalı fəaliyyətə sadiqdir: “Biz, həmçinin bu günkü imkanları və Xəzərdən Azərbaycana, oradan isə qərbə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq gələcək layihələri nəzərə alaraq, nəqliyyat və logistika sektorunu ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparamağa razılaşdıq deyə-prezident nitqində vurğuladı.

Beləliklə  iyulun 2-dəki  görüş, iki ölkə arasında imzalanan sənədlər münasibətlərdə yeni dönəm yaratmaqla yanaşı,həm  də gələcək üçün möhkəm təməl yaradan qürurverici bir səhifəyə çevrildi.

Düzgün.az

↑