Cümə, 23 Oktyabr 2026 17:04:36 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Siyasət

İlham Əliyevin Prezident kimi Naxçıvana 17-ci səfəri

14.08.2026 19:51 · 242 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvana 17-ci səfəri ilin ən əlamətdar hadisələrindən olaraq respublikamızın siyasi, iqtisadi, sosial həyatında mühüm hadisələrdən biri kimi yadda qaldı. Səfər zamanı Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilən açılış və təməlqoyma mərasimləri göstərdi ki, qədim Azərbaycan yurdu Naxçıvanın yüksəlişi və təhlükəsizliyi hər zaman ölkə  rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. Bu həm də muxtar respublikanın inkişafının sürətli, davamlı və dinamik olduğunun əyani göstəricisidir.

Uzun illərdir blokada şəraitində yaşayan Naxçıvan Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və müəyyən etdiyi inkişaf strategiyası əsasında sistemli tərəqqi yolu keçərək yeni yüksəliş mərhələsinə qədəm qoyub. Ağır sosial-iqtisadi çətinliklərin yaşandığı həmin dövrdə Naxçıvanın inkişafının əsasını qoyan Heydər Əliyev siyasi xətti sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Muxtar respublikada genişmiqyaslı quruculuq işlərinin aparılması, infrastrukturun yenilənməsi, yeni müəssisələrin yaradılması və sosial layihələrin həyata keçirilməsi bu diqqətin konkret nəticələridir. 

Prezident İlham Əliyevin məlum səfəri muxtar respublikanın sosial – iqtisadi inkişafı, yeni layihələrin reallaşdırılması və qarşıdakı hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Ulu Öndərin abidəsinin ziyarəti ilə başlayan səfər çərçivəsində həyata keçirilən işlərlə tanışlıq, yeni obyekt və müəssisələrin fəaliyyəti ilə bağlı təqdimatlar Naxçıvanın inkişaf dinamikasını nümayiş etdirdi. Səfərin mühüm məqamlarından biri cənab Prezidentin dövlət televiziyasına müsahibəsi oldu. Müsahibədə vurğulanan məqamlar bir daha göstərdi ki, yeni reallıqlarda Naxçıvanın strateji mövqeyi, iqtisadi gücü və inteqrasiya imkanları keyfiyyətcə tamamilə yeni bir mərhələyə qədəm qoyur. Prezident İlham Əliyev müsahibəsində Naxçıvanın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə və qarşıdaki hədəflərə geniş şəkildə toxunaraq muxtar respublikanın təhlükəsizliyi, iqtisadi gücünün artırılması, enerji təminatı, sənaye potensialının genişləndirilməsi, tarixi – mədəni irsinin qorunması istiqamətində görülən işlərdən bəhs etdi. Qeyd olunanların fonunda təbii ki təhlükəsizlik amili ən vacib məqamlardandır.

Dövlət başçısının Azərbaycan Televiziyasına müsahibəsində bütün bu məqamlar xüsusi qeyd olundu. Prezident Naxçıvanın təhlükəsizlik amilini və hərbi potensialını xüsusi vurğulayaraq bildirdi ki, Naxçıvanda onun sərəncamı ilə Əlahiddə Ordu yaradılıb. Dövlət başçısı qeyd etdi ki, Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması bu diyarın – muxtar respublikanın təhlükəsizliyinə daha diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu birinci şərtdir. Bu gün Azərbaycanın Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən günə gücləndirilir və gücləndiriləcək.

Zəngəzur dəhlizinin yaradacağı imkanlardan danışan Prezident İlham Əliyev bu layihənin reallaşmasının Naxçıvanın nəqliyyat imkanlarını genişləndirəcəyini vurğuladı, dövlət başçısı bildirdi ki, Azərbaycanın əsas hissəsini onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla birbaşa birləşdirmək xalqımızın çoxdanki arzusu olub, Zəngəzur dəhlizinin reallaşması, eyni zamanda Qars – İğdır – Aralıq – Dilucu – Naxçıvan dəmiryolu xəttinin inkişafı muxtar respublikanı regionun dünyaya açılan mühüm qapısına, Şərq – Qərb və Şimal – Cənub nəqliyyat marşurutlarının, Orta Dəhlizin strateji düyün nöqtəsinə çevirəcək. Dövlət başçısı tarixi Vaşinqton görüşünə diqqət çəkərək qeyd etdi ki, həmin zirvə görüşündə əldə olunan razılaşma ilə layihənin icrasına start verilib. Prezidentin açıqlamaları Naxçıvanın gələcəkdə regional nəqliyyat bağlantılarında daha fəal mövqe tutacağına dair aydın siyasi mesajlar oldu.

Dövlət başçısı mühasibəsində digər vacib məqam Naxçıvanın azad olunmuş ərazilərlə vahid konsepsiya əsasında inkişafı və idarəetmə modeli ilə bağlı səsləndirdiyi fikirlər oldu. Prezident İlham Əliyev vurğuladı ki, Naxçıvan o cümlədən Şərqi Zəngəzur və Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdaki kimi idarəetmə üsuli – idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydası təkmilləşməlidir.

Dövlət başçısının müsahibəsində toxunduğu bütün bu məqamlar Naxçıvanın gələcək inkişaf perspektivləri barədə aydın təsəvvür yaradır. Naxçıvanın enerji təhlükəsizliyi, bərpa olunan enerji imkanları, sənaye, kənd təsərrüfatı, yol və sosial infrastruktur sahələrində nəzərdə tutulan layihələr göstərir ki, qarşıda muxtar respublika üçün yeni və daha geniş inkişaf mərhələsi dayanır. Eyni zamanda tarixi – mədəni irsin qorunmasına xüsusi diqqət göstərilməsi Naxçıvanın inkişafının yalnız iqtisadi göstəricilərlə deyil, həm də milli kimliyimizin, tariximizin və mədəni irsimizin yaşadılması ilə bağlı olduğunu nümayiş etdirir. Bir sözlə, Naxçıvan Prezident İlham Əliyevin liderliyi ilə qarşıdakı böyük hədəflərə doğru inamla irəliləyir.

Düzgün.az

↑