Cümə, 23 Oktyabr 2026 18:05:31 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Siyasət

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

01.08.2026 13:35 · 252 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Sərəncamına əsasən təsis edilib. Ulu Öndərin müvafiq tarixli həmin sərəncamı ilə ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçid bütövlükdə təmin edilib və yeni əlifbadan istifadə müstəqil respublikamızın ictimai-siyasi həyatında mühüm rol oynayıb. Bu qərar latin qrafikalı Azərbaycan əlifbasına tam keçidin başa çatdırılması ilə yanaşı, ana dilimizin qorunmasına və təbliğinə göstərilən dövlət qayğısının mühüm təzahürüdür. Bu mənada hər il böyük qürurla qeyd etdiyimiz 1 Avqust – Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü sadəcə təqvimdə sadəcə əlamətdar bir gün kimi deyil, bu gün milli kimliyimizin, mənəvi ucalığımızın və müstəqil dövlətçilik strategiyamızın təntənəsidir.

XX əsrdə xalqımızın yazı sisteminin dörd dəfə süni şəkildə dəyişdirilməsi – ərəb qrafikasından latına, latından kirilə, müstəqillik illərində isə yenidən latın qrafikalı əlifbaya keçid sadəcə texniki və ya linqivistik dəyişikliklər deyildi. Bu, bir millətin tarixi yaddaşını qoparmaq, onu öz tarixi köklərindən ayırmaq istəyən imperiya siyasətinin birbaşa təzahürü idi. Kiril əlifbasına keçidlə xalqımızın əsrlər boyu formalaşmış zəngin ədəbi, elmi və fəlsəfi irsi arxivlərdə kilidlənsə də, xalqın milli dil ruhunu zəncirləmək mümkün olmadı.

Totaritar sovet rejiminin ən amansız dövründə – 1978-ci il Azərbaycan SSR konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi isə SSRİ miqyasında analoqu olmayan bir siyasi hünər idi. Bu fundamental tarixi hadisə Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliyinin, sarsılmaz siyasi iradəsinin və xalqına olan sonsuz sevgisinin nəticəsi idi. Ulu Öndər yaxşı bilirdi ki, gələcəkdə qurulacaq müstəqil dövlətin sarsılmaz təməli məhz milli dilin hüquqi və siyasi mühafizəsindən başlayır. Heydər Əliyev ana dilimizin əhəmiyyətini hər zaman ən ali kürsülərdən bəyan edərək deyirdi: “Dil hər bir millətin varlığının əsasıdır. Dil xalqın sərvətidir. Xalqın daxili aləmini, onun mədəniyyətini, mənəviyyatını dil formalaşdırır.

Ümummilli Lider Azərbaycan dilinin qorunmasını və inkişafını milli siyasətin prioritet istiqamətlərindən biri olduğunu daim vurğulayırdı. Müstəqilliyin bərpası dövründə də Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi və bu kimi istiqamətdə ardıcıl addımlar atıldı. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səs verməsi ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan dili dövlət dili statusunu qəti şəkildə təsbit etdi. Ulu Öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli Fərmanı ilə Azərbaycanda latın qrafikalı əlifbaya tam keçidin təmin olunması və 1 Avqustun xüsusi gün kimi təsis edilməsi dövlətçilik tariximizin ən mühüm dönüş nöqtələrindən idi. Bu tarixi tədbirlər xalqımızı öz tarixi köklərinə qaytarmaqla yanaşı, Türk dünyası ilə mədəni inteqrasiyanı dövlət səviyyəsində gerçəkləşdirdi.

Bu gün ölkə başçısı, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dil siyasəti tamamilə yeni, keyfiyyətcə ali bir mərhələyə qədəm qoymuşdur. Cənab prezident ana dilini dövlət müstəqilliyinin ən mühüm amillərindən biri hesab edərək, onun qorunması və beynəlxalq miqyasda təbliğ olunması üçün bir-birindən mühüm sərəncamlar imzalamışdır. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin geniş qrafikası hazırlanmış, bununla da milli ədəbi irsimizin yenilənmiş əlifba ilə kütləvi tirajlanmasına start verilmişdir. Həmçinin dövlət başçısının 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl təsviri gerçəkləşmişdir. Həmçinin bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq 2013-cü ildə təsdiq edilmiş Dövlət Proqramı, 2018-ci ildə imzalanan “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam Azərbaycan dilinin mövqeyinin gücləndirilməsinə xidmət etdi. Həmin ilin noyabrında imzalanan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman isə dil normalarına əməl olunması istiqamətində yeni mərhələ açdı. Milli kimliyimizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi özündə əks etdirən dilimizin qorunmasına, inkişafına xidmət edən bu addımların sırası genişdir.

Bu gün Azərbaycan dili müstəqil dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, milli kimliyimizin, suverenliyimizin və mənəvi bütövlüyümüzün ən möhkəm dayağı kimi çıxış edir. Biz fəxr edirik ki, bu gün bizim rəsmi dövlət dilimiz həm də Zəfər dilidir. Bu dil – 30 illik Vətən həsrətinə son qoyan Şuşada, Xankəndidə suverenliyimizi bəyan edən müzəffər Ali Baş Komandanın dünyaya diqtə etdiyi haqqın və ədalətin səsidir. İndi Azərbaycan dili beynəlxalq tribunalardan sadəcə bir ölkənin dili kimi deyil, regionun geosiyasi xəritəsini dəyişmiş qalib və qüdrətli bir dövlətin güclü bir iradəsi kimi eşidilir. Əminliklə demək olar ki, xalqımızın milli-mənəvi dəyərlərinə söykənən ardıcıl dövlət siyasəti nəticəsində Azərbaycan dili bundan sonra da inkişaf edəcək, beynəlxalq nüfuzunu daha da möhlkəmləndirəcək, dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən sarsılmaz mənəvi körpü kimi əbədi yaşayacaq və müstəqil Azərbaycan dövlətinin qüdrətinin, milli həmrəyliyinin və əbədi varlığının ən möhtəşəm rəmzlərindən biri olaraq gələcək nəsillərə qürurla ötürüləcəkdir.

Düzgün.az

↑