Şənbə, 24 Oktyabr 2026 12:43:12 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Siyasət

Prezident yeni İran səfirinin etimadnaməsini qəbul etdi-FOTOLAR

27.06.2025 13:23 · 171 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də İranın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İran İslam Respublikasının Prezidenti ilə dünən telefon danışığını və Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, bu səfərin bütövlükdə iki ölkə arasındakı münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd etdi.

Prezident İlham Əliyev vurğuladı ki, Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı səsləndirdiyi bəyanatlar və fikirlər Azərbaycan ictimaiyyəti tərəfindən çox müsbət qəbul olunub.

Dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək, bu gərginliyi qınadığını vurğuladı və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə etdi. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyat olduğunu bildirdi.

Müctəba Dəmirçilu İran İslam Respublikasının ali rəhbərlərinin də Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğuladı.

Səfir Azərbaycanla İran arasındakı münasibətlərin dostluğa, qonşuluğa və qardaşlığa əsaslandığını qeyd etdi. O, İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğuladı və buna görə də təşəkkürlərini çatdırdı. Səfir qeyd etdi ki, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.

Diplomat, həmçinin xarici və İran vətəndaşlarının ölkəmizə keçidi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycanla İran arasında ikitərəfli siyasi, iqtisadi, ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində inşa olunan, Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi, ümumilikdə Araz nəqliyyat dəhlizinin inkişafı məsələləri müzakirə olundu.

 

 

↑