Cümə, 23 Oktyabr 2026 22:06:52 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Gündəm

Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı

21.07.2026 12:51 · 333 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun məzar daşının üzərində nöqsan yaranıb.

Bu barədə şəhidin anası Səmayə Həşimova və bacısı Kəmalə Haşımova məlumat yayıb. Onlar mərmərin dəyişdirilməsini, məzarüstü şəkil və üzərindəki yazıların ən yüksək keyfiyyət standartlarına uyğun olaraq yenilənməsini istəyiblər.

Ailə üzvləri eyni zamanda Polad Həşimovun ev muzeyinin açılmalı olduğunu bildirib və xatirəsinə heykəlin ucaldılmasının vacibliyini vurğulayıblar. 

Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu və İkinci Şəhidlər Xiyabanı kimi tanınan ərazi Müdafiə Nazirliyinin balansındadır. Bakı Abadlıq Xidməti tərəfindən ərazidə aparılmış işlər başa çatdırıldıqdan sonra, təxminən bir il əvvəl obyekt müəyyən olunmuş qaydada Müdafiə Nazirliyinə təhvil verilib: “Bu gün Müdafiə Nazirliyindən daxil olmuş müraciətdən dərhal sonra Bakı Abadlıq Xidməti operativ şəkildə tədbir görüb, qəbirüstü abidələrin hazırlanmasında iştirak etmiş usta əraziyə cəlb edilib. Hazırda qeyd olunan nöqsan aradan qaldırılıb. 

Qeyd etmək istərdik ki, qəbirüstü abidələrin hazırlanması prosesi zamanı şəhid ailələrinin bütün irad və təklifləri diqqətlə nəzərə alınıb, portretlər və digər elementlər ailələrin razılığı əsasında hazırlanıb, bəzi hallarda onların istəyi ilə iki dəfə dəyişikliklər edilib. İşlər tam başa çatdırıldıqdan sonra qəbirüstü abidələr heç bir qüsur olmadan həm şəhid ailələrinə, həm də Müdafiə Nazirliyinə təhvil verilib. Bakı Abadlıq Xidməti şəhidlərimizin müqəddəs xatirəsinə hər zaman böyük həssaslıqla yanaşır və daxil olan hər bir müraciətə operativ reaksiya verərək yaranmış məsələlərin qısa müddətdə aradan qaldırılması üçün zəruri tədbirlər görür”.

↑