Şənbə, 24 Oktyabr 2026 12:43:40 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Siyasət

“8 Noyabr” Elektrik Stansiyası – enerji təhlükəsizliyində strateji addım

27.06.2025 14:07 · 105 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Prezident İlham Əliyevin rəhbərliyi altında regionda misilsiz enerji-nəqliyyat layihələrinin müəllifinə çevrilən Azərbaycan iyunun 24-də Mingəçevirdə 1880 meqavat gücündə meqainfrastrukturu istifadəyə verilməklə daha bir nailiyyətə imza atdı. Cəmi 2 il əvvəl – 2023-cü il fevralın 13-də əsası qoyulan “8 Noyabr” Elektrik Stansiyasının qısa bir dövr ərzində istifadəyə hazır olması Cənubi Qafqazın elektroenergetika sənayesinin zirvəsinə ucaldı. Stansiyanın adının “8 Noyabr” seçilməsi təsadüfi deyil. Bu, prezident İlham Əliyev tərəfindən ən düzgün seçimdir, şanlı Zəfərimizin tarixi, işıqlı, parlaq salnaməsidir. Azərbaycanın müdrik enerji diplomatiyasının uğur rəmzidir. Bu, həm də gələcək nəsillərə ötürüləcək ideoloji və tarixi mesajdır. Azərbaycan xalqı Zəfər ruhu ilə qurur, inkişaf etdirir və möhkəmlənir.

Stansiyanın açılış mərasimində çıxış edən dövlət başçımızın bəyan etdiyi kimi ölkəmizin ən böyük elektroenerji stansiyasının qısa müddət ərzində istifadəyə verilməsi eyni zamanda Azərbaycanın gücünü, potensialını, energetiklərimizin təcrübəsini və peşəkarlığını, güclü kadr potensialının əzmini göstərir.

Bu mükəmməl enerji infrastrukturlarının əsas sütunları isə hələ ötən əsrin 70-ci illərində yaradılıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İES-nın təməlinin qoyulması və 1981-ci ildə stansiyanın birinci blokunun istismara verilməsi ilə Qafqazın ən önəmli energetika mərkəzi, eyni zamanda, möhkəm zəngin energetika təcrübəsi yarandı, ağır sınaqlarda respublikanın təhlükəsizliyini təmin edəcək möhkəm generasiya potensialı formalaşdı.

Ümumi generasiya gücü 2400 meqavat olan həmin stansiya müstəqilliyimizin ən ağır illərində Azərbaycanın enerji təhlükəsizliyinin təhlükə altına düşməsinin qarşısını alıb. Həmin kritik məqamlarda enerji qıtlığı yaransa da, Mingəçevir yükü öz çiyinlərinə götürərək ölkəni enerji təhlükəsizliyi ilə təmin edə bildi. Bu proses sonrakı dövrlərdə də prezident İlham Əliyevin rəhbərliyi ilə digər mühüm əhəmiyyətli tarixi dönüş yaratdı. Bütün bu tədbirlər sayəsində enerji sənayesində etibarlı təchizat, fasiləsizlik və səmərəlilik yüksəldi. Azərbaycan regional energetika ailəsində öz layiqli yerini tutdu.

Ümumilikdə son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilməklə generasiya gücləri əlavə olaraq 3400 meqavat artırıldı. Hazırda təkcə “Azərbaycan” İES-da generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavat olmaqla ölkəmizin elektrik enerjisinin 40 faizindən çoxunu ödəyən Mingəçevirin energetika şəhəri kimi əhəmiyyətini artırır.

Stansiyanın əsas üstünlüklərindən biri onun çevikliyi və enerjiyə qənaət qabiliyyətidir. Avropanın qabaqcıl texnologiyalarına əsaslanan bu obyekt təbii qazla işləyəcək və əvvəlki nəsil stansiyalara nisbətən daha az yanacaq sərf etməklə daha çox enerji istehsal edə biləcək.

“8 Noyabr” Elektrik Stansiyası eyni zamanda enerji sahəsində əməkdaşlığın yeni gündəliyini müəyyən edir. İtaliya və Çin şirkətlərinin bu layihəyə qatılması Azərbaycanın uğurlu xarici iqtisadi siyasətinin göstəricisidir. Strateji tərəfdaşlıq haqqında imzalanmış sənədlər nəticəsində bu ölkələrlə enerji, ticarət və texnoloji əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Qısa ifadə etsək “8 Noyabr” Stansiyası həm də beynəlxalq tərəfdaşlığın və qarşılıqlı etimadın bariz nümunəsidir.

Beləliklə, Azərbaycan daha bir uğurlu nailiyyətə imza atdı. Əminik ki, “8 Noyabr” Stansiyası Azərbaycanın yalnız enerji sektorunda deyil, bütövlükdə milli dövlət quruculuğunda, iqtisadi inkişaf modelində və ideoloji vəhdətində yeni zirvə olacaq. Göründüyü kimi ölkəmizin müstəqillik tarixi yeni, daha möhtəşəm səhifələrlə zənginləşir. Bu səhifələrin hər biri – enerji, təhlükəsizlik, diplomatiya və tarix arasında qurulmuş dərin və güclü körpülər üzərində yüksəlir.

Düzgün.az

↑