Şənbə, 24 Oktyabr 2026 05:38:38 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Gündəm

Sərnişin daşıyan şirkətlərlə bağlanılan müqavilənin şərtləri təsdiq edildi

29.06.2026 10:35 · 244 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərar avtomobil nəqliyyatı sahəsində müntəzəm sərnişin daşımalarını həyata keçirən daşıyıcılarla səlahiyyətli qurum arasında bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilələrin vahid qaydada tənzimlənməsini nəzərdə tutur.

Sənəddə müqavilələrin bağlanması, tərəflərin hüquq və vəzifələri, xidmətin göstərilməsi zamanı yerinə yetirilməli olan öhdəliklər, habelə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsas şərtlər müəyyən edilib.

Qərara əsasən, daşıyıcılar sərnişin daşımalarını qanunvericiliyin tələblərinə, marşrut üzrə müəyyən edilmiş hərəkət cədvəlinə və xidmət keyfiyyəti standartlarına uyğun həyata keçirməlidirlər.

Eyni zamanda, müqavilə çərçivəsində daşıyıcının təhlükəsizlik, nəqliyyat vasitələrinin texniki sazlığı, sərnişinlərə göstərilən xidmətin keyfiyyəti və digər öhdəlikləri də öz əksini tapıb.

Sənəddə həmçinin səlahiyyətli qurumun daşıyıcının fəaliyyətinə nəzarət mexanizmləri, müqavilə şərtlərinin pozulması hallarında görüləcək tədbirlər, eləcə də tərəflər arasında yarana biləcək mübahisələrin həlli qaydaları müəyyənləşdirilib. Bununla yanaşı, müqavilənin qüvvəyə minməsi, müddəti və xitam verilməsi ilə bağlı prosedurlar da təsbit olunub.

“Qərarın məqsədi avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının daha səmərəli təşkili, daşıyıcılarla dövlət arasında münasibətlərin hüquqi əsaslarının dəqiqləşdirilməsi, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu sahədə vahid müqavilə mexanizminin tətbiq edilməsidir”, – deyə sənəddə vurğulanıb.

Qeyd edək ki, iyunun 25-də imzalanan qərar o tarixdən də qüvvəyə minib.

↑