Şənbə, 24 Oktyabr 2026 05:39:13 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Gündəm

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilib

29.06.2026 15:13 · 199 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin strukturu” təsdiq edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Fərmanla “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Fərmana əsasən, səlahiyyətli nümayəndəliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları var.
Səlahiyyətli nümayəndəliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Fərmana görə, Səlahiyyətli nümayəndə aşağıdakı məsələlər barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verəcək:

– Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (bundan sonra – Ali Məclis) Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması;

– Ali Məclisin növbədənkənar sessiyasının çağırılması, habelə Ali Məclis sessiyasının qapalı iclasının keçirilməsi;

– Azərbaycan Respublikası Prezidentinin aktları ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti üçün əlavə səlahiyyətlərin müəyyən edilməsi;

– bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təkmilləşdirilməsi;

aşağıdakı məsələlərə dair Ali Məclis sədrinin təkliflərinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi ilə bağlı tədbirlər görmək:

– Ali Məclisə seçkilərin təyin edilməsi;

– Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsi;

– Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltifetmə;

Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının, tabelikdə olmayan publik hüquqi şəxslərinin və dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərinin rəhbərlərinin və onların müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Baş nazirinə razılıq verilməsi;

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılan hallar istisna olmaqla, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının və tabelikdə olmayan publik hüquqi şəxslərinin Naxçıvan Muxtar Respublikasındakı struktur bölmələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
aşağıdakı məsələlərin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək:

– Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin olunması barədə Azərbaycan Respublikası Prezidentinin təqdimatının Ali Məclisin sədrinə təqdim edilməsi;

– Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının yaradılmasına və ləğv edilməsinə dair, habelə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefasına dair Azərbaycan Respublikası Prezidentinin razılığının alınması;

– Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iş qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılması;

– Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə dair Naxçıvan Muxtar Respublikasının Baş nazirinə təkliflər verilməsi;

– müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Ali Məclis sədrinin təqdimatının Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;

– Ali Məclisin növbədənkənar sessiyasının çağırılmasına dair Azərbaycan Respublikası Prezidentinin tələbinin Ali Məclisə təqdim edilməsi;

– Ali Məclis sessiyasının qapalı iclasının keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin təklifinin Ali Məclisə təqdim edilməsi;

müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər səlahiyyətlərin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək;

Bu Fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minir.

↑