Şənbə, 24 Oktyabr 2026 07:58:22 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Gündəm

Taksi sifarişi operatorlarının iştirakı ilə yeni layihənin icrasına başlanıldı

18.06.2026 10:29 · 379 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

“Düzgün.az” AYNA-ya istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), taksi sifarişi operatorlarının iştirakı ilə “Digital Finance” layihəsinin icrasına başlanılıb.

İRİA-nın dəstəyi ilə həyata keçirilən “Digital Finance” layihəsi çərçivəsində iki böyük taksi sifarişi operatorunda (“Bolt” və “Uber/Yango”) yeni rəqəmsal həll tətbiq edilib.

Yeni sistem taksi bazarında şəffaflığın artırılması, sənədlərin yoxlanılması prosesinin avtomatlaşdırılması, sürücülərə dair tələblərə nəzarətin gücləndirilməsi və sərnişinlər üçün təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.

Layihənin məqsədi operatorların mobil tətbiqlərində yeni sürücü qeydiyyatı zamanı “Xüsusi hazırlıq şəhadətnaməsi” və “Buraxılış kartı” məlumatlarının texnoloji həll vasitəsilə real vaxt rejimində avtomatik yoxlanılmasının təmin edilməsidir.

Əlavə olaraq, sürücülərin “Xüsusi hazırlıq şəhadətnaməsi” məlumatlarının paylaşılmasına dair öz “myGov” kabinetləri üzərindən razılıq vermələri tələb olunur.

Qeyd edək ki, indiyədək yeni sürücü qeydiyyatı zamanı “Xüsusi hazırlıq şəhadətnaməsi” və “Buraxılış kartı” məlumatlarının yoxlanılması prosesi taksi sifarişi operatorları tərəfindən avtomatik deyil, əl ilə icra edilirdi. Bu isə buraxılış kartı olmadan və təlimdən keçməyən sürücülərin asanlıqla qeydiyyatdan keçərək taksi sifarişi operatorlarının sistemlərində sürücü profili yaratmaqla fəaliyyət göstərmələrinə imkan verirdi. İndi isə qeyd olunan sənədlərin mövcudluğu yaradılmış inteqrasiya əsasında yoxlanılacaq, sözügedən sənəd və icazələri olmayan şəxslər sürücü kimi fəaliyyət göstərə bilməyəcəklər.

 

↑