Düzgün.az xəbər verir ki, “Psixiatriya yardımı haqqında” qanuna dəyişiklik təklif edilir.
Qanunun 12.3 maddəsinə edilən təklifə əsasən, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.
Qanunun 12.4 maddəsinə nəzərdə tutulan təklifə əsasən tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla aparılır.
