Şənbə, 24 Oktyabr 2026 04:46:18 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Siyasət

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15.06.2026 09:25 · 569 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin ən mühüm siyasi sənədlərindən biri olan Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötür.

2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan bu sənəd təkcə iki dövlətin siyasi iradəsinin ifadəsi deyil, həm də regionda sülhün, təhlükəsizliyin və uzunmüddətli əməkdaşlığın təmin edilməsinə xidmət edən mühüm strateji yol xəritəsidir.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” siyasi dialoqdan müdafiə və təhlükəsizliyə, iqtisadiyyatdan enerji və nəqliyyat sahəsinə, humanitar əməkdaşlıqdan informasiya siyasətinə qədər geniş istiqamətləri əhatə edir. Burada əsas məqsəd ayrı-ayrı sahələr üzrə əməkdaşlığın inkişafı deyil, iki dövlətin strateji maraqlarının vahid baxış əsasında uzlaşdırılmasıdır.

Bəyannamənin mühüm cəhətlərindən biri təhlükəsizlik sahəsində əməkdaşlığın yeni səviyyədə təsbit olunmasıdır. Bununla yanaşı, sənəd iqtisadi və geoiqtisadi baxımdan da böyük əhəmiyyət daşıyır. Son onilliklərdə Bakı ilə Ankara arasında həyata keçirilən enerji və nəqliyyat layihələri təkcə regionun deyil, daha geniş coğrafiyanın inkişafına təsir göstərib. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığın yeni mərhələsinin siyasi təməlini formalaşdırıb.

Bəyannamədə təhsil, elm, mədəniyyət, gənclər siyasəti, media və diaspor fəaliyyəti sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müddəalara da yer verilib.

Şuşa Bəyannaməsinin imzalanmasından ötən müddətdə sənədin müddəaları real nəticələrlə öz təsdiqini tapıb. Müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsi, birgə hərbi təlimlərin intensivləşməsi, enerji və nəqliyyat layihələrinin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət və qarşılıqlı siyasi dəstək bu sənədin praktik əhəmiyyətini nümayiş etdirir.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərin hüquqi bazasını möhkəmləndirən sənəd olmaqla yanaşı, regionda formalaşan yeni əməkdaşlıq mühitinin, sabitlik və inkişaf strategiyasının mühüm sütunlarından biridir.

↑