Şənbə, 24 Oktyabr 2026 09:46:26 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Gündəm

Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək

10.06.2026 16:22 · 396 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, 13–14 iyun 2026-cı il tarixlərində Azercell-in dəstəyi ilə dünyanın nüfuzlu robototexnika və texnologiya müsabiqələrindən biri olan “RobotChallenge”-in Azərbaycan üzrə ilk yerli mərhələsi keçiriləcək. “RobotChallenge Azerbaijan 2026” Bakı Kristal Zalında baş tutacaq. 

Əsası Avstriyada qoyulmuş, sonradan isə Çində inkişaf etdirilərək beynəlxalq miqyasda genişləndirilmiş “RobotChallenge” gənclərin robototexnika, proqramlaşdırma, mühəndislik, süni intellekt və innovasiya sahələrində bilik və bacarıqlarını nümayiş etdirməsi üçün beynəlxalq platformadır. Yarışın Azərbaycanda keçirilməsi ölkədə STEAM təhsilinin təşviqinə, innovasiya ekosisteminin inkişafına və gələcəyin texnologiya mütəxəssislərinin yetişdirilməsinə töhfə verəcək. 

Müsabiqə çərçivəsində fərqli yaş qruplarını təmsil edən iştirakçılar robototexnika, proqramlaşdırma, süni intellekt və innovasiya istiqamətləri üzrə hazırladıqları layihələri təqdim edəcək və müxtəlif kateqoriyalar üzrə öz həllərini və texnoloji bacarıqlarını nümayiş etdirəcəklər. Yerli mərhələnin qalibləri Çində keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar. 

“RobotChallenge Azerbaijan 2026” haqqında ətraflı məlumat www.robotchallenge.az səhifəsində təqdim edilir.

 

↑