Cümə, 23 Oktyabr 2026 18:08:51 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Bölgə

Elxan Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti WUF13 çərçivəsində keçirilən tədbirlərdə iştirak edib-FOTO

20.05.2026 12:27 · 593 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda təşkil olunan 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirlərdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Nümayəndə heyətinin üzvləri WUF13 çərçivəsində keçirilən “UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma” mövzusunda panel sessiyada da iştirak ediblər.

Tədbir UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi (UCCN) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

UCCN-in katibi Denise Bax çıxışında bildirib ki, şəbəkə hər zaman innovativ ev modellərinin qurulması, icmaların və yerli iqtisadiyyatın dəstəklənməsi sahəsinə öz dəstəyini verməyə hazırdır.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova WUF13-ün Bakıda keçirilməsinin Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində artan beynəlxalq rolunun aydın göstəricisi olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycandan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər (Şirvanşahlar Saray Kompleksi), Şəkinin tarixi mərkəzi və Xan sarayı ölkəmizin zəngin tarixi-memarlıq irsini əks etdirir. Müasir dövrdə isə Bakıdakı Heydər Əliyev Mərkəzi, Alov Qüllələri və “Ağ Şəhər” layihəsi Azərbaycanın innovasiya və dayanıqlı inkişaf baxışının göstəricisidir.

Sonra tədbir panel müzakirələrlə davam edib.

Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Özbəkistanın Buxara şəhəri merinin müavini və İnvestisiya, sənaye və ticarət idarəsinin rəhbəri Şarofiddin Xusenov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şəhər yenilənməsi və ictimai məkan üzrə rəhbəri Xose Çonq və digər çıxış edənlər mövzu ətrafında fikirlərini bölüşüblər.

Bildirilib ki, şəhər mühitinin yenilənməsi yalnız infrastruktur layihələri ilə məhdudlaşmamalı, eyni zamanda ictimai məkanların əlçatanlığı, estetik görünüşü və inklüzivliyi də nəzərə alınmalıdır.

Xatırladaq ki, Azərbaycanın Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə (2017), Bakı şəhəri “dizayn” tematikası üzrə (2019), Lənkəran şəhəri isə “qastronomiya” tematikası üzrə (2021) UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.

 

 

 

 

 

↑