Düzgün.az xəbər verir ki, Azərbaycan Prespublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına Şəki şəhərinin mərkəzi küçə və prospektlərində asfalt örtüyünün, piyada səkilərin və suötürücü arxların əsaslı təmiri işləri sürətlə davam edir.
Eyni zamanda, “Bakı Abad” MMC tərəfindən şəhərin bir sıra küçə və prospektində, istirahət parklarında əsaslı şəkildə yenidənqurma işlərinə başlanılıbdır.



