Düzgün.az xəbər verir ki, 24 may tarixində yağan güclü yağış nəticəsində yaranan sel suları Şəkinin Cunud, Şin, Baş Layısqı, Baş Şabalıd, Baş Zəyzid kəndlərinin ərazisində ciddi fəsadlar yaradıb, bəzi yerlərdə keçid-körpülər, avtomobil yolları yararsız vəziyyətə düşüb.
Mövcud vəziyyətlə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov başda olmaqla Şəki Rayon Fövqəladə Hallar Komissiyasının bütün üzvləri, aidiyyəti təşkilatların nümayəndələri dərhal ziyan dəymiş ərazilərdə olub və aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilibdir. Sel sularının yaratdığı fəsadların aradan qaldırılması üçün operativ tədbirlər görülüb və hazırda bu istiqamətdə işlər davam edir.






