Düzgün.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmri ilə Rəşidli Zeynal Elşad oğlu Ağdaş şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Zeynal Rəşidli 2024-cü ilin avqust ayından etibarən Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunda baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib. Eyni zamanda, hazırda Mingəçevir Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.
