Düzgün.az xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan Almanya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun sədri Mirze Edisin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 29-da Şəhidlər xiyabanını ziyarət edib.
Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.



