Düzgün.az xəbər verir ki, dünən günorta saatlarında rayonun R.Rza və M.Füzuli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, qəza nəticəsində Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, tanınmış şair Xəyal Rzanın avtomobili və digər nəqliyyat vasitəsi ciddi şəkildə zədələnib.
Bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.
“Dünən Göyçayda qəzaya düşdük… Allah saxladı. Yarım metr fərqlə hər şey başqa cür olardı”, – deyə o paylaşımında bildirib.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.



