Cümə, 23 Oktyabr 2026 17:05:51 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
İdman

“Qarabağ” və “Neftçi”dən birgə – BƏYANAT

25.04.2026 16:40 · 460 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, “Qarabağ” və “Neftçi” klubları birgə bəyanat yayıblar.

Açıqlama sözügedən komandaların Misli Premyer Liqasında keçirəcəyi ardıcıl 2 oyunla bağlıdır.

Bəyanatda Ağdam təmsilçisi və paytaxt klubu öz azarkeşlərini həmin matçlarda təmkinli olmağa və etik çərçivələri aşmamağa dəvət edib:

“26 və 30 aprel tarixlərində Azərbaycan futbol ictimaiyyətinin diqqəti “Palms Sports Arena”ya yönələcək. 4 gün aralıqla Misli Premyer Liqasının oyunları çərçivəsində “Qarabağ” və “Neftçi” komandaları iki dəfə üz-üzə gələcəklər.

Futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir.

Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.

Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.

Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. “Qarabağ” və “Neftçi” olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.

Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.

Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.

Azərbaycan futbolu qələbə qazansın!”

 

↑