Düzgün.az xəbər verir ki, futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun “Karvan-Yevlax” – “Kəpəz” oyununa hakim təyinatları açıqlanıb.
Qarşılaşma Nicat İsmayıllıya tapşırılıb. Ona Zeynal Zeynalov, Gülnurə Əkbərzadə və Ruslan Quliyev kömək edəcəklər.
VAR hakimi Emin Əliyev, köməkçisi isə Elçin Məsiyev olacaq.
Aprelin 10-da Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 15:30-da başlayacaq.
