Şənbə, 24 Oktyabr 2026 14:30:34 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Siyasət

Azərbaycan və Gürcüstan münasibətləri- Regionun gələcəyi üçün sarsılmaz nümunə

07.04.2026 20:22 · 337 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Azərbaycan və Gürcüstan arasında qədim tarixi köklərə dair münasibətlər uğurlu inkişaf yolu keçərək dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qarşılıqlı səfərlərin dinamikliyi strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətlərinin aydın mənzərəsini yaradır. Xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadze arasında uzun illərə söykənən səmimi dostluq münasibətləri bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayıb. Ali və yüksək səviyyədə qarşılıqlı səfərlər həyata keçirilib və hər bir səfər əlaqələrin daha da möhkəmlənməsində, yeni istiqamətlər üzrə inkişafında öz sözünü deyib. Atılan hər bir addım ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verib. Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfəri zamanı verdiyi bəyanat Azərbaycan – Gürcüstan münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini bir daha aydın şəkildə əks etdirdi. Və bu münasibətlərin dostluq, qardaşlıq ənənələri əsasında bu gün də uğurla davam etdirirldiyini nümayiş etdirdi. Dövlət başçısı səfərin ikitərəfli əlaqələrə yeni təkan verəcəyinə əmin olduğunu qeyd edərək, tarixi dostluq ənənələrinin müasir iqtisadi əməkdaşlıq zəmnində davam etdiyini vurğuladı. Prezidentin bəyanatında xüsusi vurğulanan əsas məqamlardan iki ölkə arasında əlaqələrin qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsiplərinə əsaslanması regionda sabitliyin təmin edilməsində əsas faktorların olması kimi qeyd olundu. Dövlət başçısının çıxışında vurğulandı ki, iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində də daima bir-birinə dəstək verir. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər hər iki tərəf üçün dəyişməz mövqe olaraq qalır. Bu amillər həm regional sabitliyin qorunmasına, həm də beynəlxalq hüququn prinsiplərinin müdafiəsinə mühüm töhfə verir. Qarşılıqlı dəstək çoxtərəfli platformalarda ortaq təşəbbüslərin irəli sürülməsinə və mövqelərin uzlaşdırılmasına geniş imkan yaradır. Eyni zamanda regionda etibarlı tərəfdaşlıq mühitinin formalaşmasına və uzunmüddətli əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Səfərin əsas istiqamətlərindən biri enerji və nəqliyyat sahəsində əməkdaşlıqdır. Prezidentlərin bəyanatlarında Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji layihələrinin əhəmiyyəti xüsusi qeyd edildi. Xüsusilə, Cənub Qaz Dəhlizi kimi layihələrin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri vurğulandı. Bununla yanaşı Orta Dəhliz çərçivəsində Azərbaycan və Gürcüstanın tranzit imkanlarının artırılması, yükdaşımaların həcminin genişləndirilməsi və regionun logistika mərkəzinə çevrilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi əsas prioritetlərdən biri kimi önə çəkildi. Prezidentlərin çıxışında regional təhlükəsizlik məsələləri də geniş yer aldı. Prezident İlham Əliyevin Qafqazda uzunmüddətli sülhün təmin olunmasının vacibliyini qeyd edərək Azərbaycan tərəfindən irəli sürülən sülh gündəliyinin əhəmiyyətini vurğuladı. Prezidentin nitqində həmçinin Gürcüstanın regionda sabitliyin qorunmasına verdiyi töhfə və Azərbaycanla koordinasiyalı fəaliyyətin əhəmiyyəti diqqətə çatdırıldı.

Çıxışlar zamanı vurğulanan əsas məqamlardan biri də ikitərəfli əməkdaşlıq gündəliyinin getdikcə genişləndirilməsi ilə bağlı idi. Yeni investisiya əlaqələri, üçüncü ölkələrdə birgə fəaliyyət perspektivləri və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi gələcək prioritetlər olaraq müəyyənləşdirildi.

Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində səsləndirdiyi mesajlar bir daha göstərdi ki, iki dövlət arasında münasibətlər gələcək inkişaf perspektivlərinə hesablanıb. Bu tərəfdaşlıq regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır. Mövcud siyasi iradə, iqtisadi əməkdaşlıq və ortaq strateji maraqlar fonunda münasibətlərin daha da möhkəmlənəcəyi və yeni mərhələyə qədəm qoyacağı şübhə doğurmur.

Düzgün.az

↑