Düzgün.az xəbər verir ki, futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçı keçirilib.
Günün ilk oyununda “Turan Tovuz” “Zirə” ilə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan qarşılaşma Bakı klubunun 2:0 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-22-də keçiriləcək.
