Düzgün.az xəbər verir ki, Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilib.
Məktəbə 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib.
Bununla əlaqədar olaraq:
🔹 Liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb.
🔹 Liseyə şagird qəbulu yalnız VII sinifdən etibarən mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək.
Valideynlərdən və şagirdlərdən qəbul prosesi ilə bağlı bu dəyişiklikləri nəzərə almaları xahiş olunur.
