Düzgün.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan vətəndaş, 1995-ci il təvəllüdlü Abdullayev Ramin Elşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək.
