Düzgün.az xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 31 yaşlı Vüqar Fərzəli və 37 yaşlı Rəşad Abasov saxlanılıblar.
Onlardan 4 kiloqramdan artıq narkotik vasitə həşiş və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
