Şənbə, 24 Oktyabr 2026 03:55:49 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Bölgə

Göyçayda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub-FOTO

01.03.2026 13:21 · 722 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, müqəddəs Ramazan ayı münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi tərəfindən şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları, rayon İcra Hakimiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə iftar süfrəsi təşkil olunub.

Belə ki, 100 nəfərin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova  giriş  sözü ilə  çıxış  edərək Ramazan ayının mərhəmət, birlik və paylaşma ayı olduğunu vurğulayaraq belə görüşlərin cəmiyyətimizdə həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Daha sonra Göyçay rayonu Yeniarx kəndinin imamı Ağakərim Səmədov və Qəbələ Müskürlü kəndinin imamı Yusif Aslanov çıxış edərək müqəddəs Ramazan ayının mənəvi əhəmiyyətindən danışıblar. Tədbirdə şəhidlərimizin ruhuna dualar oxunub və iftar duası edilib.

Sonra  tədbirdə Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və 44 günlük Vətən müharibəsi şəhidi Orxan Kərimlinin atası Akif Kərimov çıxış edərək “On bir ayın sultanı” adlandırılan Ramazan ayının fəzilətlərindən bəhs ediblər, bu mübarək ayda həyata keçirilməsi tövsiyə edilən xeyirxah əməllərdən, mərhəmət və paylaşma kimi ali insani keyfiyyətlərdən danışıblar. Belə tədbirlərin birlik və həmrəylik baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Sonda iştirakçılar birlik və səmimi mühitdə iftar süfrəsi arxasında bir araya gəliblər.

 






 

 

 

 

 

 

 

↑