Düzgün.az xəbər verir ki, Mərkəzi Aran Reqional Təhsil İdarəsi Göyçay rayon Təhsil sektorunun və Göyçay rayon Uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə 19-26 fevral 2026-cı il tarixlərində “26 fevral Xocalı soyqırımı qurbanları”nın xatirəsinə həsr edilmiş şahmat üzrə məktəbdaxili birincilik keçirilib.
Belə ki, rayon uşaq-gənclər idman şahmat məktəbinin tədbirlər planına uyğun olaraq 6-16 yaşlılar arasında keçirilən yarışda A,B qrupu olmaqla 81 nəfər şahmatçı iştirak edib.
Turnirin sonunda hər yaş üzrə qalib olan şahmatçılar UGİŞM-nin diplomları ilə təltif edilib.














