Şənbə, 24 Oktyabr 2026 04:46:08 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Rəsmi

Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib – FOTOLAR

23.02.2026 11:10 · 385 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Söhbət zamanı Fərzanə Sadiqin ötən il ölkəmizə səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlanıb.

Dövlət başçısı bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, həmin telefon söhbəti əsnasında dost ölkələr kimi Azərbaycanla İran arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib.

İkitərəfli gündəliyin genişlənməsini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Azərbaycanla İranın birgə icra etdiyi layihələrin həm ölkələrimiz, həm də region üçün geniş imkanlar açacağını vurğulayıb. Dövlət başçısı Fərzanə Sadiqin ölkəmizə səfəri çərçivəsində bütün bu məsələlərin müzakirə ediləcəyinə və səfərin yaxşı nəticələrinin olacağına ümidvarlığını bildirib.

Azərbaycana yenidən gəlməsindən məmnunluğunu ifadə edən Fərzanə Sadiq qəbula görə dövlətimizin başçısına minnətdarlıq edib.

O, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırıb və vurğulayıb ki, İran Prezidenti Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş edib.

Fərzanə Sadiq ölkələrimiz arasında tarixi, dini və mədəni əlaqələrin mövcud olduğunu vurğulayıb.

Söhbət zamanı Bakıda keçiriləcək “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası”nın 17-ci iclasının əhəmiyyətinə toxunulub, Şimal-Cənub nəqliyyat dəhlizi, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün inşası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

 

 

 

↑