Düzgün.az xəbər verir ki, hadisə gecə saatlarında Göyçay–Bərgüşad avtomobil yolunun rayonun Türkmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan üç minik avtomobili Toyota, VAZ 2107 və VAZ 2106 markalı avtomobillər toqquşub.Baş verən yol qəzası zamanı bir nəfər xəsarət alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xüsusi alət və avadanlıqların köməyi ilə əzilmiş metal konstruksiya kəsilərək sürücü xilas olunub və Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları da cəlb olunub. Qəzaya uğramış avtomobillər yolun hərəkət hissəsindən kənarlaşdırılıb, digər hərəkət iştirakçılarının təhlükəsiz hərəkəti bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.



