Düzgün.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Məmmədov Yolçu Sarı oğlunun nəşi Aşağı Seyfəli kənd Şəhidlər Xiyabanında dəfn olundu.
Dəfn mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Qeyd edək ki, Yolçu Məmmədov 1966-cı il martın 8-də Şəmkir rayonunun Mehrili kəndində anadan olub.
O, 1992-ci il iyunun 13-də Ağdam rayonu istiqamətində gedən döyüşlərdə itkin düşüb.






