Şənbə, 24 Oktyabr 2026 00:03:01 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Dünya

Polkovnik əsgər ölümünə görə vəzifədən çıxarıldı

21.02.2026 15:46 · 280 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tibb xidməti polkovniki Elçin Abdullayev bir neçə gün öncə işdən çıxarılıb.

Bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Bəs uzun müddət “Papanin hospitalı” kimi tanınan tibbi müəssisəyə rəhbərlik etmiş rəis postundan niyə kənarlaşdırılıb?

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bunun səbəblərinə aydınlıq gətirib.

O deyib ki, polkovnik Elçin Abdullayevin vəzifədən azad edilməsi cəmi 10 günün əsgəri olmuş Coşğun Sadıqovun ölümü ilə bağlıdır.

Söhbət müəmmalı şəkildə həyatını itirən Masallı rayonunun Qızılagac kənd sakini Coşğun Zülfüqar oğlu Sadıqovdan gedir.

Ü.Cəfərov bildirib ki, istintaq hazırda Gəncədən Bakıdakı Mərkəzi Hərbi Hospitala gətirildikdən sonra həyatını itirən əsgərin intihar versiyasını araşdırır.

“Bir gəncin ölümündə günahı olan 10-larla vəzifəli şəxs hələlik məsuliyyətdən kənardadır. Hərbi Prokurorluq isə bu fakt üzrə vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 342 1-1 maddəsi ilə cinayət işini araşdırır”, – Ü.Cəfərov deyib

Onun sözlərinə görə, mərhum əsgərin anası Şahnaz Əbilova rəsmilərə müraciət ünvanlıyıb və tələb edir ki, oğlunun üzərindən guya intihar etməsi kimi ləkə götürülsün və bu cinayətdə əli olan şəxslər qanun qarşısında cavab versinlər.

“Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Kliniki Hərbi Hospitalın rəisi tibb xidməti polkovniki Elçin Abdullayevi də məhz bu hadiəsəyə görə tutduğu vəzifədən azad edib”, – ekspert deyib.

Xatırladaq ki, C.Sadıqov vəfatından 10 gün əvvəl – 2026-cı il yanvarın 26-da hərbi xidmətə getmişdi. Haqqında yayılan məlumatlara görə, o, vərəm xəstəsi imiş.

↑