Düzgün.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Babayev Vüqar Səlim oğlu Göyçay şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Dəfndə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, din xadimləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.
RİH başçısı Orxan Mürsəlov üçrəngli Azərbaycan bayrağını şəhidin qardaşı Soltan Babayevə təqdim edib, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhərmanlarımıza uca tanrıdan rəhmət diləyib.


















