Düzgün.az xəbər verir ki, Qazaxıstanda 5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 13 min əhalisi olan Turgen kəndindən 17 kilometr şərqdə yerləşib.
Yeraltı təkanlardan sonra dağıntı və tələfat barədə məlumat yoxdur.
