Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

İstehsal obyektində sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmadığı, həmçinin çörək məhsullarında etiketlənmənin aparılmadığı müəyyən edilib.

Sahibkar barəsində inzibati protokol tərtib olunub, çörək istehsalı sahəsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.