Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, hər iki mağazada içkilərin etiketində istehsalçı adı, ünvanı, VÖEN və s. barədə məlumatların qeyd edilmədiyi, müvafiq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.

Mağazalarda aşkarlanan “Настояшая”, “Forest Line Organic”, “Kapitan”, “Organic Marka”, “Native Nectar”, “Qərbi Azərbaycan”, “Brend Line” əmtəə nişanlı saxta alkoqollu içkilərin satışının qadağan olunması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Materialların hüquq-mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulub.