Şənbə, 24 Oktyabr 2026 06:42:33 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Təhsil

Magistraturaya qəbul imtahanı keçirilir

15.02.2026 09:16 · 464 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının I cəhdini keçirir.

İmtahanda iştirak etmək üçün 22 min 780 bakalavr qeydiyyatdan keçib. Onlardan 20 min 790 nəfəri Azərbaycan, 1 990 nəfəri isə rus bölməsi üzrə imtahan verir. İştirakçıların 15 min 391-i cari ilin, 7 min 389-u əvvəlki illərin məzunlarıdır. Həmçinin 47 xarici ölkə vətəndaşı imtahana qatılır.

Qəbul imtahanı Bakı, Sumqayıt, Abşeron, Gəncə, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərində ümumilikdə 88 binada təşkil olunub. İmtahanın təşkili və idarə olunmasına 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2 069 nəzarətçi və 297 mühafizə əməkdaşı cəlb edilib.

İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Xarici dil üzrə dinləyib-anlama mərhələsi ilə başlayan imtahanın ümumi müddəti 3 saat 30 dəqiqədir. Son 30 dəqiqə isə esse yazılışına ayrılır.

Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiqləyən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq özləri ilə gətirməlidirlər. Qadağan olunmuş əşyalarla imtahana gələn şəxslər imtahan zalına buraxılmır.

↑