Düzgün.az xəbər verir ki, rayonun Gərənə kəndi ərazisində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” və “VAZ 2106” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ 2106”nın sürücüsü Elməddin Ocaqverdiyev həyatını itirib.
Digər iki şəxs – Musayev Vasif İsfəndiyar oğlu və Əhmədov Elçin Kamil oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
