Şənbə, 24 Oktyabr 2026 08:55:35 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Bölgə

Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərləndi – 11 yaşlı uşaq öldü (YENİLƏNİB)

12.02.2026 21:10 · 471 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Sabirabadda baş verən hadisə nəzarətdə saxlanılır. Hadisənin səbəblərinin, eləcə də qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıblar.

Bu barədə “Düzgün.az”a AQTA-dan məlumat verilib.

Bildirilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***
17:41

Düzgün.az xəbər verir ki, Salyan rayonunun Çadırlı kəndində qidadan zəhərləndikləri ehtimal olunan bir ailənin üç üzvünün vəziyyəti açıqlanıb.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından  bildirilib ki, fevralın 12-si saat 01:20 radələrində zəhərlənmə şübhəsilə 3-ü qadın, 1-i kişi olmaqla 4 nəfər tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu təyin edilib.

Məlumata görə, pasiyentlərin huşu aydın və həyat göstəriciləri normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım göstərilib, bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü azyaşlı fevralın 12-si saat 15:00 radələrində xəstəxanaya hospitalizasiya olunub. Həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib.

Hazırda digər 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

16:21

Düzgün.az xəbər verir ki, Sabirabad rayonunun Sarxanbəyli kəndində bir ailənin dörd üzvü zəhərlənib.

Cəfərovlar ailəsinin dörd üzvü zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Lakin kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun vəziyyəti pisləşdiyi üçün yenidən xəstəxanaya göndərilib. Xəstəxanaya çatdırılanadək həkimə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

↑