Şənbə, 24 Oktyabr 2026 01:59:58 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Dünya

Ukrayna və Rusiya yaya qədər atəşkəs elan edə bilər – Zelenski

11.02.2026 23:50 · 291 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Ukrayna və Rusiya yaya qədər atəşkəs elan edə bilər, lakin bunun üçün ABŞ-ın təcavüzkara təzyiq göstərməsi vacibdir.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Döyüşlərin yaya qədər dayandırılmasının real olub-olmaması təkcə Ukraynadan deyil, həm də Rusiyaya təzyiq göstərməli olan Amerikadan asılıdır. Əgər təkcə Ukrayna tərəfində deyil, həm də Rusiyada istək varsa, onda biz yaya qədər düşmənçiliklərə son qoya biləcəyik”, – deyə Zelenski hesab edir.

Ukrayna lideri, həmçinin əlavə edib ki, atəşkəsdən əvvəl ABŞ ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sənədin imzalanması, ölkənin müharibədən sonrakı yenidən qurulmasını müəyyən edəcək Ukrayna üçün bərpaya dair sənədin imzalanması və bunun üçün həm amerikalıların, həm də avropalıların iştirakı, 20 maddəlik Sülh Planı, xüsusən də Donetsk bölgəsinin gələcəyi barədə razılığın əldə edilməsi, Sülh Planının referenduma təqdim edilməsi vacibdir.

“Düşünürəm ki, bütün bunları yaydan əvvəl edə bilərik”, – deyə Prezident qeyd edib.

Xatırladaq ki, Zelenski bundan öncə Amerika tərəfinin müharibəni iyun ayına qədər bitirməyə çalışdığını və danışıqlar üçün cədvəl üzərində işlədiyini açıqlamışdı.

Zelenski, həmçinin bildirib ki, ABŞ təhlükəsizlik zəmanətləri də daxil olmaqla bütün əsas müqavilələri eyni vaxtda imzalamaq imkanını nəzərdən keçirir.

↑