Düzgün.az xəbər verir ki, Türk Hava Yolları 11 mart tarixindən etibarən Ermənistana uçuşlara başlayacaq.
Bu barədə Ermənistan tərəfi məlumat yayıb.
İstanbul-Yerevan-İstanbul marşrutu üzrə uçuşlar hər gün həyata keçiriləcək. Mayın 14-dən etibarən uçuşların tezliyi həftədə 10, iyunun 15-dən isə həftədə 14 uçuşa çatacaq.
